"Türkiyə Ermənistana iki şərt irəli sürür" Avet Adonç

"Türkiyə Ermənistana iki şərt irəli sürür"  Avet Adonç

""Ermənistanla Türkiyə arasında heç bir danışıq aparılmır və demək olar ki, sıfır həddindədir". Bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər nazirinin müavini Avet Adonç deyib.

XİN rəsmisi qeyd edib ki, Türkiyə bizimlə danışıqlar masasına oturmaq üçün iki şərt irəli sürür: "Bunlardan biri Dağlıq Qarabağ probleminin həlli, ikincisi isə "erməni soyqırımı" məsələsidir. Birinci məsələ üzərində düşünmək olar, baxır məsələyə necə yanaşılır, soyqırımı məsələsi isə danışıqlar mövzusu ola bilməz. Əslində Ermənistan tərəfi Türkiyə ilə danışıqlar masasına əyləşə bilər, amma heç bir şərtsiz".

Bütün xəbərlər Facebook səhifəmizdə