Rusiyada ötən gün 399 nəfər koronavirusdan ölüb

Rusiyada ötən gün 399 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 4,75 milyonu ötüb.

Ölkədə son sutka ərzində 8 828 nəfər virusa yoluxub, 399 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 753 789 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 107 900 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 380 468 şəxs virusdan sağalıb, 265 421 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə