Erməni patriarxından sərt reaksiya TƏPKİ

Erməni patriarxından sərt reaksiya TƏPKİ

Erməni patriarxı Sahak Maşalyan "24 aprel" hadisəsinə görə ABŞ-a sərt reaksiya göstərib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, erməni patriarxı Sahak Maşalyan, ABŞ prezidenti Co Baydenə "soyqırım" ifadəsini istifadə edəcəyi xəbərinə "Ağrımızın siyasətdə istifadə edilməsi bizi üzür" deyib. Maşalyan, "106 il əvvəl baş verən hadisələri 1000 illik ortaq tarixin ağrılı bir istisnası olaraq görəcəyik və ortaq qonşuluq üzərindəki əlaqələrin təcili olaraq yenidən qurulmasını təşviq edəcəyik" fikirlərini bildirib.

Qeyd edək ki, 1915-ci il hadisələri ilə əlaqədar açıqlama verən patriarx Maşalyan, "Biz mərhum patriarxlarımız kimi, türklər və ermənilər arasında sülh, dostluq və rifah diləyimizi verməyə davam edəcəyik" deyib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə