COVID-19-a yoluxanların sayı 4 744 961 nəfərə çatıb

Rusiyada son sutkada daha 8 840 nəfər COVID-19-a yoluxub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 744 961 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 398 nəfər artaraq 107 501-ə yüksəlib. Rusiyada indiyədək koronavirusa yoluxan 4 371 214 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə