Ərəb koalisiyasının HHM sistemi husilərin minalanmış iki pilotsuz uçuş aparatını dəf edib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə (HHM) sistemi "Ənsar Allah" Yəmən hərəkatının (husilər) minalanmış iki pilotsuz uçuş aparatını dəf edib.
SİA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi dövlət televiziyasına istinadən bildirib.
Bildirilib ki, nəticədə uçuş aparatları məhv edilib.
Məlumata əsasən, partlayıcı ilə dolu PUA-lar Yəmən ərazisindən Səudiyyə Ərəbistanın cənub-qərbindəki Xamis-Muşayt şəhəri istiqamətində buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə