\"İranın neft emalı zavodunda baş vermiş partlayış terror aksiyası deyil\"
\"İran prezidenti Mahmud Əhmədinejadın Abadan şəhərinə səfəri zamanı baş çəkdiyi neft emalı zavodu istismara hazır deyildi\". SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin enerji üzrə komitəsinin rəhbəri Hamid-Reza Katuzyan məlumat verib. Hamid-Reza Katuzyan bildirib ki, hadisə təxribat xarakteri daşımayıb.
Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad İranın Abadan şəhərində neft emalı zavodunun üçüncü terminalının açılış mərasimində iştirak edərkən texniki nasazlıq üzündən yanğın baş verib və tezliklə söndürülüb. Partlayış və ardınca baş verən yanğın nəticəsində altı nəfər yaralanıb, prezidentin özünə heç nə olmayıb. İranın "Mehr" agentliyi partlayışa qaz sızmasının səbəb olduğu xəbərini yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB