Braziliyada son sutka ərzində daha 3472 nəfərin koronavirusdan ölməsi təsdiqlənib

Braziliyada son sutka ərzində daha 3472 nəfərin koronavirusdan ölməsi təsdiqlənib

Braziliyada son sutka ərzində daha 79 719 nəfərin koronavirus infeksiyasına yoluxması, 3472 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 14 122 795 nəfər yoluxub. Bu müddət ərzində 381 475 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 12 646 132 xəstə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə