Yəmənin paytaxtı Sənada prezident Əli Abdulla Saleh tərəfdarları ilə ölkənin Haşid tayfa birliyinin nümayəndələri arasında döyüşlər davam edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, şəhərin iki rayonunda atışma ilə yanaşı, partlayış səsləri də eşidilib. Şəhərin səmasında bir neçə dəfə döyüş vertolyotları da görünüb.
Qeyd edək ki, mayın 22-də Əli Abdulla Salehin ərəb liderlərinin barışıq təşəbbüsünü imzalamağı imtina etməsindən sonra prezidentin tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. Toqquşmada 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB