NATO-nun baş katibi Əfqanıstanda səfərdədir

NATO-nun baş katibi Əfqanıstanda səfərdədir

NATO-nun baş katibi Anders Foq Rasmussen gözlənilmədən Əfqanıstana səfər edib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd prezident Həmid Kərzai ilə danışıqlar aparmaqdır. Təhlükəsizlik məqsədilə Rasmussenin səfər planı əvvəlcədən açıqlanmayıb.

Qeyd edək ki, hazırda Əfqanıstanda təhlükəsizliyin təminatı missiyasını NATO qüvvələri yerinə yetirir, Ancaq yaxın vaxtda bu missiyanın tədricən əfqan təhlükəsizlik qüvvələri və ordusuna təhvil verilməsinə başlanacaq. Bu prosesin 2014-cü ildə yekunlaşacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə