Əsəd yenidən prezident olmaq istəyir

Əsəd yenidən prezident olmaq istəyir

Suriyanın lideri Bəşər Əsəd, 26 May tarixinə təyin edilmiş prezident seçkiləri üçün namizədliyini irəli sürüb. SİA xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA yazır.

"Xalq Şurasının rəhbəri, Şuranın Bəşər Əsədin respublika başçılığı tələbinin qeydiyyatı barədə Ali Konstitusiya Məhkəməsi tərəfindən bildirildiyini açıqlayıb. O, prezident seçkiləri üçün müraciət edən altıncı namizəd olub", deyə Suriya dövləti agentliyi yazır.

Xatırladaq ki, rəsmi olaraq Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək. Namizədlərin qeydiyyatı 19 apreldə başlayıb və bir qadın da daxil olmaqla altı namizəd müraciətlərini təqdim edib. Qarşıdakı parlament səsverməsində ən azı 35 millət vəkilinin səsini alacaq namizədlər prezidentlik uğrunda yarışda iştirak edə biləcəklər.

Diqqətə çatdıraq ki, Bəşər Əsəd ilk dəfə 2000-ci ilin iyun ayında atası Hafez Əsədin yerinə Suriyanın prezidenti olub və 2014-cü ildə Əsəd bir dəfə də 88,7% səslə seçkiləri qazanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə