Ukrayna prezidenti Vladimir Zelenski ehtiyatda olanların xüsusi müddətdə hərbi xidmətə çağırılması haqqında qanun imzalayıb. SİA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qanun Ukrayna Silahlı Qüvvələrini və digər hərbi birləşmələri tamamlamağa çağırır. Bildirilir ki, ordu sıralarına ehtiyatda olanlar və döyüş təcrübəsi olan şəxslər daxil ediləcək. Vurğulanır ki, prezidentin fərmanı ilə Avropa prinsipləri və yanaşmaları nəzərə alınmaqla hərbi mühasibat sistemində islahatlar aparılacaq.
Sənədin mətninə görə ehtiyatda olanlar artıq səfərbərlik elan etmədən bir gün müddətinə xidmətə çağırıla bilərlər. Gözlənilir ki, belə bir addım Kiyevə şəxsi heyətin doldurulması ilə bağlı problemləri həll etməyə imkan verəcək, həmçinin ordunun döyüş hazırlığını gücləndirəcəkdir.
"Bu, dövlətin bütün müdafiə qüvvələrinin hərbi hissələrini ehtiyatda olanlarla sürətli bir şəkildə təchiz etməyə imkan verəcək, həmçinin sürətlə böyüyən hərbi təcavüz zamanı döyüş effektivliyini əhəmiyyətli dərəcədə artıracaq", deyilir prezidentin mətbuat xidmətinin məlumatında.
Nəzərə çatdıraq ki, hərbi xidmətə çağırış haqqında fərmana əsasən ehtiyatda olanlar kateqoriyası təmin edilir. Xidmətə çağırılanlara əmək, sosial, hüquqi və təhsil zəmanəti veriləcəkdir.
Onu da qeyd edək ki, bir qədər əvvəl Zelenski cəbhə xəttinə gedib və bu gediş təmas xəttinin hər iki tərəfindəki döyüşçüləri təəccübləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB