Zelenskidən Putinə Donbass mesajı - cavab nə olacaq?

Zelenskidən Putinə Donbass mesajı - cavab nə olacaq?

Ukraynadan Rusiyaya mesaj ünvanlandı. SİA-nın verdiyi məlumata əsasən, bölgədəki vəziyyətlə bağlı Ukrayna prezidenti Zelenski Putinə göndərdiyi məktubda bildirib ki, daha da irəliləməyə və Ukraynanın müharibənin davam etdiyi Donbass bölgəsində istənilən nöqtədə görüşməyimizi təklif edirəm.

Son həftələrdə bütün dünyanın gözləri Rusiya ilə Ukrayna arasında Donbass bölgəsində yaşanan gərginliyə çevrilib. İki ölkənin rəsmiləri açıqlamaları ilə bir-birlərini qorxudarkən Ukrayna prezidenti Zelenski maraqlı tərəflərə "Ordumuz var" mesajını verib.

Bu açıqlamadan dərhal sonra Rusiya Şimali Qafqazdakı qoşunlarını Krıma göndərib. Bölgədə hərtərəfli atəşkəsin yenidən təmin edilməsi məsələsini müzakirə etdiklərini bildirən Ukrayna lideri bütün tərəflərin dəstəyinə baxmayaraq Rusiya ilə ortaq bir razılaşmaya gəlmədiyini bildirib.

Donbass bölgəsindəki vəziyyəti izləmək üçün davamlı olaraq bölgəyə getdiyini xatırladan Ukrayna lideri rusiyalı həmkarına görüş təklif etdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, Ukraniya lideri Zeklenski əvvəlki açıqlamasında Putinlə telefonda danışmağa çalışdığını, lakin Kremlin cavab vermədiyini bildirmişdi.

Gərginliyin ilk günlərindən bəri Rusiyaya bir çox zənglər edilib. Xüsusilə, NATO və AB Rusiyanı bölgədəki gərginliyi azaltmaq üçün Putinə addım atması üçün çağırış etsə, bu çağırışlara cavab verilməyib.

Rusiya və Ukrayna rəsmiləri bəyanatları ilə güzəştə getməyəcəklərini bildiriblər. Zelenskinin çağırışından sonra Putinin buna necə cavab verəcəyi maraq doğurur.

Qeyd edək ki, Rusiya Krımı və Şərqi Ukraynanın Luqansk və Donetsk vilayətlərinin bir hissəsini 7 il əvvəl işğal etdi. Çox sayda mülki və hərbi itki verən Ukrayna torpaqlarını geri almağa çalışır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə