Avropa Parlamenti (AP) və Avropa İttifaqı (Aİ) üzvləri, 2030-cu ilə qədər karbon emissiyalarını "ən az 55 faiz" azaltmaq üçün hədəf barədə razılığa gəliblər.
SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyası, Birliyə daxil ölkələrin və Avropa Parlamentinin uzun danışıqlardan sonra bu mövzuda razılığa gəldiklərini açıqlayıb.
Avropa Parlamenti uzun müddətdir ki, 2030-cu ilə qədər karbon emissiyalarında 60 faiz azalma tələb edir. AB ölkələri liderləri isə noyabr ayında zirvə görüşündə 55 faiz nisbətində bir razılığa gəldilər.
Qeyd edək ki, Avropa Parlamenti Avropa İttifaqında qanun və təlimatların təsdiqində son söz sahibidir.
Avropa İttifaqı Komissiyasının açıqlamasında razılaşdırılmış Avropa İttifaqı iqlim qanununa uyğun olaraq üzv ölkələrin 2030-cu ilədək karbon emissiyalarını 1990-cı illər səviyyəsi ilə müqayisədə ən az 55 faiz azaltmağa borclu olduqları ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB