Türkiyənin Milli Müdafiə Nazirliyi Yunanıstan və Türkiyənin "etimad qurma tədbirləri" üçün görüşlərin dördüncü mərhələsi üçün razılığa gəldiklərini açıqlayıb.
SİA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.
"Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri etimad tədbirləri mövzusunda görüşlərin dördüncü mərhələsinin keçirilməsinə dair razılığa gəldilər. Planlaşdırılan görüşün tarixi və digər detalları yaxın gələcəkdə müəyyənləşdiriləcək”,-deyə açıqlamada qeyd olunub.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB