Türkiyədə son 24 saat ərzində 61 mindən çox yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 346 nəfər dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 36 613 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 61 028 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 384 624 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 55 592 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 792 129 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...