5 dəqiqədə aşkar edilə biləcək koronavirus testi

Yapon tədqiqatçılar koronavirusu 5 dəqiqədə aşkar edə biləcək test üsulu tapıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yapon tədqiqatçıların yeni bir növ koronavirus (Covid-19) növünü 5 dəqiqədə kvadrat santimetr başına bir milyon girinti olan bir şüşə lövhə ilə aşkar edə biləcəyi bir test üsulu inkişaf etdirdiklərini bildiriblər.

Testin bir hissəsi olaraq alınan nümunələr bir santimetr kvadrat başına bir milyon girinti olan bir şüşə lövhəyə qoyulur.

Buna görə mikroskopik formalaşdırma texnologiyası ilə yaradılan şüşə lövhənin girintiləri hər birində ayırıcı olan mikro-test otaqları kimi xidmət etdiyi bildirilib.

Üzərinə qoyulmuş bir nümunənin Covid-19-a aid “ribonükleik” turşu (RNT) daşıyacağı təsbit edilərsə, həmin test otağından işıq yayılır.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə