İsrail normal vəziyyətinə qayıdır

Dünyada əhali ilə müqayisədə ən çox peyvəndin edildiyi İsraildə artıq qapanmaların olmayacağını bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu, "İsrail yenidən koronavirusla mübarizədə dünyaya liderlik edəcək. Artıq qapanma olmayacaq" deyib.

Digər tərəfdən, Netanyahu Pfizer ilə 2022-ci il üçün bir müqavilə imzaladıqlarını açıqlayıb. Razılaşmaya əsasən, İsrail gələn il Pfizer-dən Covid-19 peyvəndi alacaq.

Peyvəndin miqdarı barədə heç bir məlumat verilməsə də, İsrail mətbuatı milyonlarla doza peyvəndin alınacağını yazıb.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə