Taylandda 68 yaşlı buddist rahib Thammakorn Wangpreecha özünü Buddaya həsr etmək üçün gilyotinlə başını kəsib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Nong Bua Lamphu bölgəsində yerləşən Wat Phu Hin məbədində baş verib. Thammakorn Wangpreecha”nın "daha yüksək mənəvi varlıq olaraq yenidən canlandırmaq üçün” başını kəsdiyi ifadə edilib.

Qeyd edək ki, rahibin cəsədini 15 aprel tarixində məbəddə tapıldığı bildirilib. Rahibin qardaşı oğlu Booncherd Boonrod, məbəddə Wangpreechanın cəsədini tapdığını və rahibin ölümünün detallarını mərmər lövhədə həkk etdiyini söyləyib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə