İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 395 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 67 525 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 25 492 nəfər koronavirusa yoluxub və virusa yoluxanların ümumi sayı 2 286 927 nəfərə çatıb. Virus daşıyıcılarından 4 911 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 810 531 nəfər koronavirusdan sağalıb, 14,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 621 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 480 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 141 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 301 rayon qırmızı və 95 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 45 rayon sarı, 7 rayon isə mavi zona hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...