Türkiyənin səhiyyə naziri Fahreddin Koca 55 yaşdan yuxarı vətəndaşların, koronavirusla mübarizədə tətbiq olunan peyvənd işlərində növbədə dayandığını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kocanın açıqlamasından sonra Ankarada peyvənd olunmaq istəyən 55 yaşdan yuxarı bir çox insan müxtəlif xəstəxanalara müraciət edib.
Vətəndaşlar axşam saatlarına baxmayaraq şəhərdəki xəstəxanalara axın edib. Bu səbəblə iftardan sonra xəstəxanalarda vaksinasiya sıxlığı yaranıb. Peyvənd üçün gedən insanlar xəstəxanaların həyətində uzun müddət növbə gözləyiblər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB