Rusiya ordusu Palmiranı bombaladı - 200 ölü var

Rusiyanın qırıcılarının Suriyanın Palmira şəhərinə hücumu ilə bağlı təfərrüatlar məlum olub. SİA xəbər verir ki, qırıcıların bombardmanı nəticəsində 200 silahlı məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava əməliyyatı zamanı terrorçuların 2 sığınacağı və hərbi texnikaları hədəfə alınıb. Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma mərkəzinin rəhbəri Aleksandr Karpov bildirib ki, bombalanan ərazidən terrorçular təlim düşərgəsi kimi istifadə edirmiş.

Kəşfiyyat məlumatlarına görə, silahlılar ölkənin müxtəlif yerlərində təşkil ediləcək hücumların planını burada tərtib edərək, terrorçuları hücuma hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə