Keçid məntəqəsinə hücum: 9 polis öldürüldü

Əfqanıstanın Bədaxşan əyalətində yoxlama-keçid məntəqəsinə edilmiş hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum nəticəsində 2 polis zabiti yaralanıb. Hücumu kimin təşkil etdiyi barədə hələlik məlumat verilmir. Bir qədər öncə Herat əyalətində törədilmiş partlayışda 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb. Partlayışdan sonra "Taliban" silahlılarının hücumu baş verib və polis əməkdaşları ilə silahlılar arasında bir neçə saat atışma davam edib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə