Rusiyada yaşayış binasında baş vermiş partlayış nəticəsində 8 nəfər yaralanıb

Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin Marquşa kəndində yaşayış binasında baş vermiş partlayış nəticəsində dörd yetkin və dörd uşaq yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə regionun qubernator müavini və regional Səhiyyə Nazirliyinin başçısı David Malik-Hüseynov bildirib.

O qeyd edib: "Dörd yetkin xəsarət alıb, vəziyyətləri orta ağırdır. Həmçinin, ilkin məlumatlara görə, dörd uşaq yaralanıb". Onu sözlərinə görə, son dərəcə ağır və ağır yaralanan yoxdur.

Qeyd edək ki, üç mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bina konstruksiyaları çöküb, sonra isə yanğın baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə