Rusiyada iki yeni mutasiya növü

Rusiyada Covid-19-un iki yeni mutasiyasının aşkar edildiyi elan edilib. Rusiyanın İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidmətinin rəhbəri Anna Popovanın verdiyi açıqlamada "Hazırda müəyyənləşdirə bilmədiyimiz yeni mutasiyaları müşahidə edirik. Bu yeni mutasiyalar əvvəllər Rusiyada görülənlərdən çox fərqlidir".

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Popova, mutasiyaların "Sibir mutasiyası" və "Şimal-qərb mutasiyası" adlandırıldığını və Sibir mutasiyasının əvvəllər də müşahidə edildiyini, lakin heç bir risk olmadığını bildirib.

Qeyd edək ki, son 24 saat ərzində ölkədə aşkar edilən 8 min 632 yeni koronavirusu hadisəsi ilə bu ana qədər görülən xəstəlik sayı 4 milyon 710 min 690-a yüksəlib. Ölkədə korona virusundan ölənlərin sayı 105 min 928-ə yüksəlib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...