Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə zəlzələ olub

Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə 4,2 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 19:26-da qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Xatırladaq ki, Türkiyənin Muğla vilayətində son günlər ərzində ard-arda bir neçə zəlzələ baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə