Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində azı beş nəfər ölüb

Perunun cənub-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı beş nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Birgə Komandanlığı məlumat yayıb.

“Bu gün narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyat zamanı Kusko bölgəsində 12 heyət üzvünün olduğu helikopter qəzaya uğrayıb. Beş nəfər ölüb, daha beş nəfər isə xəsarət alıb”, - deyə ordunun “Twitter” səhifəsində qeyd olunub.

Daha iki hərbçinin itkin düşdüyü bildirilir. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...