Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu Filippin dəfn edilib. SİA xəbər verir ki, dəfn mərasimi müqəddəs Georgi kilsəsində baş tutub. Koronavirus pandemiyası səbəbindən mərasimdə şahzadənin 30 ən yaxın qohumu iştirak edib, dəfn duaları oxunub.

Qeyd edək ki, yerli vaxtla saat 14:41-də mərhumun tabutu qəsrdən yola salınıb. Tabutu kraliça və şahzadənin oğulları, nəvələri, həmçinin kral ailəsinin digər üzvləri və mərhum şahzadənin saray əməkdaşları müşayiət edib.

Şahzadə Filipp aprelin 9-da yüz illik yubileyinə iki ay qalmış vəfat edib. O, kraliça II Elizabet ilə 73 il evli olub. Onun 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə