Çində mədəndə baş verən partlayış zamanı 6 nəfər həlak olub

Çində mədəndə baş verən partlayış zamanı 6 nəfər həlak olub

Çinin cənub-qərbində fəaliyyət göstərən kömür mədənlərindən birində partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Partlayış zamanı hadisə yerində 192 şaxtaçının olduğu bildirilir. Onlardan 186 nəfəri xilas etmək mümkün olub.

Hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə həmin əraziyə yüzə yaxın xilasedici cəlb olunub. Qəzanın başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə