Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 804 min nəfərdən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 804 min nəfərdən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 804 807 nəfər yeni koronavirusa yoluxub, 12 955 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 138 688 383, ölənlərin isə 2 978 935 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...