Rusiya Müdafiə Nazirliyindən - şok açıqlama

Rusiya Müdafiə Nazirliyindən - şok açıqlama

Rusiya Müdafiə Nazirliyi cümə günü Rusiyanın "MiG-31" qırıcısının Kamçatka yarımadasının cənub-şərq sahili boyunca Sakit okean üzərində Amerikanın "RC-135" kəşfiyyat təyyarəsini müşayiət etmək üçün havaya qalxdığını söyləyib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya hava məkanına nəzarət sistemləri Sakit okean üzərindən Rusiya sərhədinə doğru uçan bir hava hədəfi aşkarlandığını bildirib. Müdafiə Nazirliyi Rusiya qırıcı təyyarələrinin uçuşunun hava məkanından istifadəsi ilə bağlı beynəlxalq qaydalara tam uyğun olaraq, həyata keçirildiyini bildirib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə