Dünyanı narahat edən xəbər -Təhlükə

Dünyanı narahat edən xəbər -Təhlükə

Elm adamları bir avtobus böyüklüyündə olan asteroidin planetimizin yanından keçdiyini açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, maksimum diametri 8 metr olduğu düşünülən bir meteorit, 14 apreldə planetimizin yaxınlığından keçərək xarici kosmosda yoluna davam edib. Meteorit planetimizdən təxminən 20 min kilometr məsafədən keçib. Astronomlar kosmosun böyük ölçüsünü nəzərə alaraq, bu məsafəni “olduqca yaxın” olaraq xarakterizə ediblər.

Qeyd edək ki, asteroid planetimizin ətrafında dövr edən peykləri vurmaqdan yan keçib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə