Çin iqtisadiyyatı digər ölkələri geridə qoydu

Çin iqtisadiyyatı  digər ölkələri geridə qoydu

Çin iqtisadiyyatı Covid-19 pandemiyasından sonra 18,3% böyüyüb. Çin 1992-ci ildə rüblük qeydlər aparmağa başladığından bəri ümumi daxili məhsulda (ÜDM) ən böyük yüksəliş yaşanıb. Qeyd edək ki, keçən ilin kütləvi iqtisadi daralması ilə müqayisədə bu il statistik göstəricilərdə yüksək dərəcədə böyümə görünür.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2020-ci ilin birinci rübündə Çin iqtisadiyyatı Covid-19 pandemiyasının yayıldığı vaxtda qapanmalar səbəbindən 6.8 % azalıb.

İlk rüb məlumatlarını yayımlayan Çinin Milli Statistika Bürosu bildirib ki, "Milli iqtisadiyyat bu il yaxşı bir başlanğıc edib. Covid-19 pandemiyasının hələ də qlobal miqyasda yayıldığını və beynəlxalq mənzərənin yüksək qeyri-müəyyənlik və qeyri-sabitliklə qarışıq olduğunu bilməliyik".

Çinin statistika departamentinin açıqladığı digər əsas rəqəmlər də davam edən bir canlanmaya işarə edir, lakin bunlar da qeyri-adi dərəcədə güclüdür, çünki bunlar keçən ilin son dərəcə zəif rəqəmləri ilə müqayisə edilib.

Mart ayında sənaye istehsalı bir il əvvələ görə% 14,1 artarkən, pərakəndə satış% 34,2 artıb.

Asiya iqtisadiyyatının rəhbəri, Oxford İqtisadiyyat tədqiqatçısı Louis Kuijs fikirlərində bildirib:"Aylıq göstəricilər göstərir ki, sənaye istehsalı, istehlakı və sərmayəsi ilk iki aydakı zəifliyi mart ayında ardıcıl olaraq sürətlənib”.

Lakin, bəzi analitiklər hökumətin maliyyə və pul dəstəyi azaldıqca bir sıra sahələrin yavaşlayacağını proqnozlaşdırıblar.

Çinin baş iqtisadçısı Yue Suya görə, son rəqəmlər ölkənin iqtisadi dirçəlişinin geniş əsaslı olduğunu, bəzi istehsal və ixracat fəaliyyətlərinin birinci rübdə yüklənməsinə görə, gələcəkdə daha yavaş artım olması gözləniləndir.

Baş iqtisadçı vurğulayıb ki, ilin qalan hissəsi üçün ticarət iqtisadiyyatı və yerli sənaye fəaliyyəti daxili iqtisadiyyatı stimullaşdırmaq üçün tədbirlərin görülməməsi səbəbindən bu qədər güclü bir sürət ala bilməz.

Yenə də rəqəmlər göstərir ki, Çin 2020-ci ilin son rübündə ÜDM artımının 6,5% olduğunu bildirdikdən sonra iqtisadiyyat sürət qazanmağa davam edir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə