Avropa İttifaqı xarici işlər nazirləri Liviya hökumətinə qarşı sanksiyaları gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsi qərara alınan şəxslər və təşkilatların adları bu gün açıqlanacaq. Avropa İttifaqı xarici işlər nazirləri Müəmmər Qəddafi rejiminin daha bir nümayəndəsinin və bir yerli təşkilatın "qara siyahıya" daxil edilməsini qərara alıblar.
Eyni zamanda qərarda Avropa İttifaqı Müəmmər Qəddafiyə sadiq şəxs və təşklatların dondurulmuş hesablarının Liviya xalqının hümanitar ehtiyaclarının təminatı üçün istifadəsinin mümkünlüyünü nəzərdən keçirir.
Gözləntilərə baxmayaraq Avropa İttifaqının nazirlər şurası Keçid Milli Şurasının Liviya xalqının yeganə qanuni nümayəndəsi kimi tanımaqla bağla rəsmi bəyənat verməyib. Ancaq yekun sənəddə Keçid Milli Şuranın Liviya xalqının maraqlarının əsas siyasi təmsilçisi kimi mühüm rolu qeyd olunub. Avropa İttifaqı Liviya müxalifətinin xalqın əsas sosial, iqtisadi və inzibati tələbatlarının təminatı üzrə cəhdlərinə dəstək ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB