Qazaxıstanın hava limanları və dəmiryol stansiyalarında karantin qaydaları sərtləşdirilib
Qazaxıstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması ilə əlaqədar olaraq ölkənin “qırmızı zona”da olan bölgələrində, hava limanları və dəmiryol stansiyalarında karantin məhdudiyyətləri sərtləşdirilib.
SİA xəbər verir ki, nəqliyyat üzrə baş dövlət sanitar həkimi Janar Urazalinanın qərarına əsasən, “qırmızı zona”da yerləşən hava limanları və dəmiryol stansiyalarının binalarında sərnişinləri yola salmaq və qarşılamaq qadağan edilib.
Xatırladaq ki, Qazaxıstanda “qırmızı zona”ya Nur-Sultan, Almatı, Çimkent, Atırau, Aktobe, Akmola, Almatı, Qərbi Qazaxıstan və Karaqanda bölgələri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB