O qüvvələrinin təyyarələri Liviya paytaxtı Tripoliyə aviazərbələr endirməkdə davam edir. SİA-nın \"Lenta.ru\" ya istinadən verdiyi məlumata görə, 20 dəqiqə çəkən aviazərbələr zamanı Tripolidə azı 12 güclü partlayış baş verib. Şəhərin müxtəlif hissələrindən, həmçinin Liviya liderinin qərargahının yerləşdiyi ərazidən havaya tüstü qalxıb. Eyni zamanda aviazərbələr nəticəsində 3 nəfər ölüb, 150-dək insan yaralanıb.
Dövlət televiziyasının məlumatına görə, alyans qüvvələrinin zərbələri zamanı bir sıra obyektlər, o cümlədən Bab əl-Əziziyədə Müəmmər Qəddafinin yaşayış kompleksi hədəfə alınıb və həmin ərazidə 5 partlayış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB