"Taliban" xarici qoşunların çıxarılmasını tələb edib

"Taliban" təşkilatı mayın 1-dək beynəlxalq qoşunların Əfqanıstanı tərk etməsini tələb edib. SİA-nın məlumatına görə, bu barədə təşkilatın yayımladığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, qoşunların çıxarılmasının ləngidilməsi tərəflər arasında əldə olunan Doha razılaşmasının pozulmasına gətirib çıxara bilər.

Qeyd edək ki, ABŞ pezidenti Co Bayden ötən gün ABŞ qoşunlarının sentyabrın 11-dək Əfqanıstandan çıxarılacağını elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...