Diaspor rəhbəri Norveçin "Aftenposten" nəşrinə kəskin etirazını bildirib

Norveçdə fəaliyyət göstərən "CAN" təşkilatının sədri Şervin Nəcəfpurun bu ölkənin https://www.utrop.no xəbər portalında "Qarabağ: Azərbaycandan eşidilməyən səslər" sərlövhəli məqaləsi dərc olunub. SİA-nın xəbərinə görə, məqalədə 44 günlük Vətən müharibəsindən sonra Norveçin bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə qarşı böhtan kampaniyasının aparılmasına kəskin etiraz bildirilib, manipulyasiya və açıq iftira strategiyasını seçmiş "Aftenposten" qəzeti sərt tənqid edilib. Müəllif qeyd edib ki, Ermənistana ezam olunmuş jurnalist Cina Qriq Riysnesin Azərbaycanla Ermənistan arasında müharibədən yazdığı məqalələr birtərəfli, qərəzli və jurnalistika prinsiplərinə tamamilə ziddir. "Onlara dəfələrlə müraciətlərim cavabsız qalıb. Nəhayət, bir aylıq səylərimdən sonra "Aftenposten"in xarici xəbərlər baş redaktorundan cavab aldım. Yazılan məqalələrdə daxili araşdırma nəticəsində səhv məlumatların aşkar olunduğunu deyən baş redaktor mövcud vəziyyətdə münaqişə sahəsinə Azərbaycan tərəfindən gedişin çətin olduğunu bildirib", - deyə müəllif əlavə edib.

Müəllif nəzərə çatdırıb ki, belə cavabların verilməsi norveçli oxucuları qane edə bilməz və bu cür məqalələr yerli mediaya olan inam və etibara böyük zərbə vurur. O, "Aftenposten" nəşrini ölkəmizə qarşı apardıqları antikampaniyaya görə erməni diasporundan maliyyə almadıqlarını sübut etməyə, balansın qorunması üçün təcili şəkildə münaqişədə əsas zərərçəkən tərəf olan azərbaycanlıların da mövqeyini işıqlandırmağa, Azərbaycandan gələn səsləri eşitməyə çağırıb. Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.utrop.no/plenum/ytringer/254005/

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...