Fransada son sutkada COVID-19 infeksiyasına 43 min 505 yeni yoluxma faktı qeydə alınıb

Fransada son sutkada COVID-19 infeksiyasına 43 min 505 yeni yoluxma və xəstəxanalarda 297 ölüm faktı qeydə alınıb.

SİA xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, epidemiya başlayandan ölkədə 5 milyon 149 min 834 nəfər koronavirusa yoluxub. Virus qurbanlarını ümumi sayı 99 min 777-yə çatıb. Fransa Səhiyyə və Tibbi Tədqiqatlar Milli İnstitutunun epidemiologiya mərkəzinin məlumatına görə ölkədə koronavirusdan ölənlərin sayı bir neçə həftə əvvəl 100 mini keçib. Bu mərkəzin məlumatları ölüm şəhadətnamələrinə əsaslandığı üçün daha etibarlı hesab olunur.

Hazırda xəstəxanalarda 30 min 868 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 5 min 902 virus xəstəsi intensiv müalicə alır. Son 24 saatda reanimasiya şöbəsinə 441 yeni xəstə daxil olub. Xəstəxanalarda bu günə qədər 315 min 152 koronavirus xəstəsi sağalıb.

Hökumətin sözçüsü Qabriel Attal aprelin 19-dan yeni məhdudiyyət qadağalarının tətbiq olunacağını bildirib. Diqqətə çatdırıb ki, virusun üçüncü dalğası hələ davam edir və koronavirus ölkədə fəal şəkildə yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...