Ermənistanın ilk prezidentinin koronavirus testinin nəticəsi müsbət çıxıb

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan koronavirus testindən keçib, nəticə müsbət olub. SİA "Sputnikarmeniya"ya istinadən xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan "Facebook"da məlumat yayıb. Qeyd edib ki, sabiq prezidentə profilaktik müalicə təyin olunub: "Ter-Petrosyan evdə həkimlərin nəzarəti altında müalicə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə