İran uranı zənginləşdirməkdə nə məqsəd güdür?

İran ABŞ-la daha əvvəllər imzaladığı nüvə memorandumunun çərtlərinə əməl olunması məsələsi müzakirə olunduğu Vyana görüşündən əvvəl uranın yüzdə 60 saflıqla zənginləşdirməyə başladığını elan edib. SİA-nın xarici mənbəyə istinadən verdiyi məlumata görə, İranın xarici işlər nazirinin müavini Abbas Arakçi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) prezidenti Rafael Mariano Grossiyə məktubla müraciət edərək ölkəsinin uranı zənginləşdirməyə başladığını bildirib.

Bu isə İranın urandan hərbi məqsədlər üçün zənginləşdirəcəyinə dəlalət edir.

Abbas Arakçi bazar günü hücuma məruz qalan Natanz Nüvə Zavodunda zədələnmiş maşınların dəyişdiriləcəyini və mövcud maşınlara əlavə olaraq yüzdə 50 tutumlu 1000 sentrifuqanın əlavə ediləcəyini qeyd edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə