Ersin Tatardan iki dövlətli həll yolunu dəstəkləməsilə bağlı - AÇIQLAMA

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar BMT parametrlərinin rahatlıq göstərəcəyini və ya dəyişə biləcəyini söyləyib. SİA-nın məlumatına görə, Ersin Tatar bir qəbul zamanı etdiyi çıxışında "Bərabərlik təməlində bir anlaşma federasiya modelində də ola bilmədi. Çünki qarşı tərəfin idarəçiliyi və zənginliyi bərabər qaydada paylaşmaq kimi istəyi heç bir zaman olmadı. Bunları BMT daxil, bütün dünya bilir", deyib.

Ersin Tatar mövcud şərtlər altında BMT parametrlərinin rahatlıq göstərəcəyini və ya dəyişə biləcəyini söyləyib.

Mövcud mərhələnin indi Kiprdə suveren bərabərliyə əsaslanan iki dövlətli bir həll tələb etdiyini təkrarlayan Prezident Tatar, Kiprli Türklərin 60 ilə yaxındır öz-özünə idarə olunduğunu və bunun aradan qaldırılmasının mümkün olmadığını söyləyib.

Ersin Tatar bu ayın sonunda Cenevrədə5 + BMT formatında keçiriləcək qeyri-rəsmi görüşdən əvvəl elm adamlarının, təqaüdçü məmurların və qeyri-hökumət təşkilatlarının fikirlərini dinlədiyini və Kipr Türk tərəfinin suveren bərabərliyə əsaslanan əməkdaşlıq əsasında yanaşması üçün "böyük dəstəyin" olduğunu bildirib.

Tatar çıxışında xüsusilə, İngiltərənin Avropa Birliyindən ayrılmasının səbəbinin suverenlik məsələsindən qaynaqlandığını ifadə edərək, suverenlik fenomeninin önəmini vurğulayıb.

Federal həll yolunun Crans Montanadakı uğursuzluqdan sonra ləğv edildiyini dilə gətirən Prezident Tatar "bölgədəki sabitlik baxımından iki dövlətli bir həll yolunun lazım olduğunu" bildirib.

Tatar "dövlətdən dövlətə bir müqavilənin davamlı olacağını" ifadə edərək, rəsmi bir açıqlama olmasa da, beynəlxalq ictimaiyyətdə bu fikirləri dəstəkləyənlərin olduğunu söyləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə