Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 567 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 567 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 567 mindən çox artıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 567 849 nəfər yeni koronavirusa yoluxub, 9 521 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 136 291 128, ölənlərin isə 2 941 128 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə