Rusiyada fabrikdə yanğının söndürülməsi zamanı FHN əməkdaşlarından biri yanaraq ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində “Nevskaya” fabrikində güclü yanğın baş verib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb edilib.

Fabrik söndürülərkən obyektdən yanmış cəsəd aşkar edilib" - deyən şöbə nümayəndəsi, mərhumun şəxsiyyətinin müəyyənləşdirildiyini söylədi.

Yanğın sahəsi 10 min kvadratmetri əhatə edib. Fabrikin dam örtüyü çöküb.

Hadisə zamanı FHN-in iki əməkdaşı yanıq xəsarətləri alıb, onlardan birinin öldüyü bildirilir.

Fabrikdə çalışan işçilərdən birinin taleyi məlum deyil. Güclü külək səbəbindən yanğın yaxınlıqdakı binanın damına keçib.

Yanğın çətinliklə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə