Qırğızıstanda seçicilərin 79 faizi referenduma çıxarılan məsələlərin lehinə səs verib

Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün referenduma çıxarılan məsələlərin lehinə 1 milyon 59 min 476 seçici səs verib ki, bu da 79,24 faiz deməkdir. SİA xəbər verir ki, bu haqda Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova bu gün Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bir daha vurğulayıb ki, konstitusiyaya düzəlişlər və əlavələr olunması ilə bağlı keçirilən referenduma Prezidentin səlahiyyətlərinin artırılması istiqamətində əsas normaların müəyyənləşdirilməsi və Joqorku Keneşdə (parlament) deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılmışdı. MSK-nın sədri deyib ki, qanunvericiliyə görə səsvermənin tam nəticələri 35 gün müddətində elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə