Türkiyədə son sutkada yeni növ koronavirusa 54 min nəfərdən çox şəxs yoluxub

Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxma son sutkada 54 562 nəfərə çatıb. SİA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi xəbərə görə, 243 nəfər isə son 24 saatda COVID-19-dan ölüb. Bu xəstəlikdən ağır xəstə sayı 2891 nəfər olub. Türkiyədə indiyədək 3 903 573 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, 34182 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə