Zatulinin ermənilərdən aldığı “tula payı”

Zatulinin ermənilərdən aldığı “tula payı”

Soçi şəhərindəki Rusiya Erməniləri Birliyi Konstantin Zatulinin “Vahid Rusiya” fraksiyasından VIII çağırış Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə iştirak etmək üçün namizəd göstərilməsini dəstəkləməyə qərar veriblər.

Təbii ki, ermənilərin cəkdiyi xərclərə, Zatulinin tökdüyü bütün “tər”lərə baxmayaraq indiyə qədər onun “erməni təəssübkeşliyi” heç bir təsir gücünə malik olmayıb. Əslində, belə də olacaq. Amma məsələ bundadır ki, “milcək bir şey olmasa da, amma ürək bulandırır”. SİA bunu erməni mətbuatına istinadən dərc edir.

Qeyd edilməlidir ki, Zatulin kimilərin fikirləri Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına da heç bir təsir göstərmək gücündə deyil. Lakin buna baxmayaraq, ermənilər hələ də ümidlidirlər. Yoxsa, Zatulin üçün bu qədər əl-ayağa düşüb, “pul tökməzdilər”.

Yeri gəlmişkən, qeyd edək ki, Zatulin ermənilərə yarınmaq üçün arada özünü “göstərməyə” də çalışır. Yadınıza Bakıda keçirilən “Zəfər paradı”nı salaq. Həmin ərəfədə Zatulin ermənilərin nəfinə “canfəşanlıq” etməyə çalışdı. Ermənilərdən qənimət kimi əldə edilən və paradda nümayiş etdirilən texnikanı “Ermənistanın alçaldılması” kimi təqdim edən Zatulin nədənsə, özünün ermənilərə necə alçaldığını dilə belə gətirmədi.

Bu gün Zatulin təkcə Azərbaycan üçün deyil, həm də Ukrayna üçün “arzuolunmaz şəxs”dir. Çünki 2006-cı ildə o, millətlərarası münasibətləri qızışdırdığına görə, onu Ukraynadan iti qovan kimi qovublar.

Bu gün erməni dairələrinin əlində oyuncaq olan Zatulinin bütün ictimai-siyasi fəaliyyəti erməni lobbisi tərəfindən maliyyələşdirilir.

Yeri gəlmişkən, bildirək ki, o, deputat olmasına baxmayaraq, Rusiyanın özündə də elə bir ideal adam kimi tanınmır. Belə ki, hələ də, çoxları onu keçmişi qaranlıq olan biri kimi tanıyırlar.

Məlumata görə, Zatulin hələ Moskva Dövlət Universitetinin tələbəsi olarkən özünü ali təhsil ocağının “işverəni” kimi tanıdıb. Yəni tələbə yoldaşları onu universitet rəhbərliyinin agenti kimi tanıyıblar. Onu da xatırladaq ki, sonradan biznesə baş vuran Konstantin Zatulin Moskvada komsomol xətti ilə kommersiya obyektləri yaradıb. Moskvalılara pulsuz mənzil verəcəyi adı ilə onları şirnikləndirərək 2 milyona qədər lotoreya satdıraraq pulları kiminləsə mənibsəyib.

...Deyilənə görə, elə o vaxtlar da Zatulin yaman pul aludəçisi imiş. Bəlkə də elə bunun nəticəsidir ki, şakərindən əl çəkə bilmir. Qeyd edək ki, o bu gündə adətkarda olan Zatulin ermənilərin özlərini təbliğ etmək üçün ayırdıqları vəsaitdən, o da “tula payı”nı götürür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə