"Rusiya rusdilli insanların taleyinə biganə qalmayacaq" Dmitri Peskov

Rusiya Ukraynanın Donbas bölgəsindəki gərginliklərlə əlaqədar bir dialoq prosesinə başlamaq üçün iki ölkə arasında imzalanan Minsk Sazişində göstərilən bəzi şərtlərin yerinə yetirilməli olduğunu bildirib. 2015-ci ildə imzalanan Minsk Sazişi Donbas bölgəsindəki Ukrayna və Rusiya, Ukrayna ordusu və Rusiya separatçı milisləri arasındakı qarşıdurmalara son verdi. SİA-nın xarici mənbəyə istinadən verdiyi xəbərə görə, Kremlin sözçüsü Dmitri Peskov Donbasdakı böhranın həlli üçün Almaniya, Fransa, Rusiya və Ukraynanın Normandiya formatında liderlərin sammitinin hazırlanması üçün səy göstərildiyini söyləyib.

Peskov bildirib ki, Ukraynada vətəndaş müharibəsi ehtimalını heç kimin qəbul etmədiyini, lakin Rusiyanın Ukraynanın cənub-şərqində yaşayan rusdilli insanların taleyinə biganə qalmayacağını vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri Kiyev hökumətinin Minsk Sazişlərinin bəzi maddələrinin işə yaramadığına dair açıqlamalara təəccübləndiyini də əlavə edib. Son altı ildə Kiyev hökuməti Moskvanın Minsk Sazişinə əməl etmədiyini söyləyən bir sıra açıqlamalar verib.

Donbas bölgəsindəki Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna qoşunları arasında qarşıdurmalar davam edir.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə