Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi parlamentə çağırılıb - Dağlıq Qarabağ məsələsi gündəmdə

Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi parlamentə çağırılıb - Dağlıq Qarabağ məsələsi gündəmdə

Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq. Müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq. SİA xəbər verir ki, bu barədə gürcü KİV-ləri bildirir.

Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək. Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə