Türkiyə Ukraynanın ərazi bütövlüyünü müdafiə edir - Kalın

Türkiyə Ukraynanın ərazi bütövlüyünü müdafiə edir - Kalın

"Qara dənizdə və regionda yaşanacaq hər hansı gərginlik və qarşıdurma hər kəsin zərərinədir".

SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.

"Türkiyə Ukraynanın ərazi bütövlüyünü, Krım tatarlarının haqlarını müdafiə edir və Rusiya-Ukrayna arasındakı problemlərin müzakirələr yolu ilə həllini dəstəkləyir", - deyə Kalın bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə