İsmail Ömər Qelleh Cibuti Prezidenti seçilib

Cibuti Respublikasında aprelin 9-da keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb. SİA xəbər verir ki, ölkənin fəaliyyətdə olan dövlət başçısı İsmail Ömər Qelleh yenidən Cibuti Prezidenti seçilib.

Artıq beşinci dəfədir prezident seçilən 73 yaşlı Qelleh seçicilərin 97,4 faizinin səsini toplayıb. Cibutinin daxili işlər naziri Muamən Əhməd Şeyx bildirib ki, 167 535 seçici hazırkı dövlət başçısına səs verib. Onun rəqibi Zəkəriyyə İsmail Fərəh isə cəmi 4 min səs toplayıb. Yaxın günlərdə Konstitusiya Məhkəməsi seçkilərin yekun nəticələrini elan edəcək.

Cibutidə prezident seçkilərinin gedişini İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə